Fond prezidentinin səhhəti pişləşdi -Təcili xəstəxanaya yerləşdirildi

“Yaxşı deyiləm, özümü pis hiss edirəm. Səhhətim yerində deyil”.
XALQ.AZ  xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında “Həyat” fondunun prezidenti, aparıcı Hacı Nuran Hüseynovdeyib.
O bildirib ki, hazırda səhhəti qənaətbəxş vəziyyətdə deyil.
“Bu günlərdə Almaniyaya gedəcəyəm. Ağrılarım var, günü-gündən arıqlayıram. Özümü narahat hiss edirəm”, – deyə Hacı Nuran bildirib.
Qeyd edək ki, Hacı Nuran ötən günlərdə xəstəxanaya yerləşdirilmiş, daha sonra müalicə üçün Almaniyaya göndərilmişdi.