Formula 1 daha 3 il Azərbaycanda keçiriləcək

Bu il Bakıda Formula 1 yarışlarına aprelin 26-dan start veriləcək.

XALQ.AZ xəbər verir ki, formula 1 yarışı daha 3 il Azərbaycanda keçiriləcək.

Bununla bağlı bu gün Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri saziş imzalayıblar.

A.Rəhimov qeyd edib ki, Formula 1 yarışının Azərbaycanda keçirilməsi mühüm amildir və Azərbaycan daha 3 il bu yarışmaya ev sahibliyi edəcək.

Qeyd edək ki, Formula 1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula 1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək Formula 1 yarışlarına aprelin 26-dan start veriləcək.

 

 

Orxan