“Formula 1”də pit-stop rekordu müəyyənləşdi

Avstriyanın “Red Bull” komandası “Formula 1”də pit-stop rekordu müəyyənləşdirib.

XALQ.AZ xəbər verir ki, işçi heyəti Braziliya Qran-prisində qalib gələn Maks Ferstappenin bolidini 1,82 saniyəyə yola salıb. Bu, 46-cı dövrədə baş verib. Rekord hollandiyalı sürücünün 5-ci pit-stopu zamanı qeydə alınıb. O, yağışlı hava üzündən yumşaq təkərə keçmək üçün həmin zonaya girib.

Qeyd edək ki, sonuncu rekord da “Red Bull”a məxsus olub. Cari mövsümdə Almaniya Qran-prisi zamanı Maks Ferstappenin maşınına 1,88 saniyə ərzində qulluq edilib. 2019-cu il mövsümündə Almaniyanın “Mercedes” komandasının sürücüsü Lüis Hemilton çempionluğu erkən təmin edib. 2020-ci il Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.

Orxan