Forum iştirakçıları Lerikdə olmuşdur

 

03

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəran rayonu ilə tanışlıqdan sonra noyabrın 3-də Lerik rayonuna gəlmişdir.
Xalq.az  xəbər verir ki, qonaqları rayonun rəhbər işçiləri yüksək ehtiramla qarşılamışlar.
Beynəlxalq Forumun iştirakçıları Lerik Rayon Tarix-Diyarşünaslıq və “Uzunömürlülər” muzeylərində nümayiş etdirilən eksponatlara və fotoşəkillərə maraqla baxmış, “Relax” turizm və istirahət mərkəzində olmuşlar.
Qonaqlar cənub bölgəsinin təbiətinə heyran olduqlarını vurğulayaraq hər iki rayonla tanışlıqdan razı qaldıqlarını bildirmişlər.
Həmin gün Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Lənkəran Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşmüşlər.