Fransa Soçi olimpiadasını boykot etdi

 

46

 

Fransa Prezidenti Fransua Olland fevralın 7-dən 23-dək Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak etməyəcək. AzərTac-ın xəbərinə görə, bunu jurnalistlərə Fransanın Xarici İşlər naziri Loran Fabius deyib. O bildirib ki, Soçidə keçiriləcək olimpiadanın açılış mərasiminə təkcə Prezident deyil, o özü və digər dövlət rəsmləri də qatılmayacaq. Ölkənin diplomatiya idarəsinin rəhbəri bunun səbəbini açıqlamaqdan imtina edib. – See more at: http://axar.az/news/4254#sthash.OXVruUxa.dpuf