Fuad Ələsgərov “Hüquq mühafizə orqanları Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələri layiqincə icra edirlər”

 

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ilin yekunlarına həsr edilmiş geniş kollegiya iclası keçirilib.
XALQ.AZ məlumat verir ki, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxış edərək ölkə Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata  keçirildiyini xatırladıb.
Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.