Fuad Muradov görüş keçirib

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan Mərkəzin rəhbəri Aleksander Husebye, məşhur “Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini vurğulayıb.

Öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, qəbula görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur.

“Nobel qardaşlarının neft istehsalı şirkətinin” Azərbaycandakı fəaliyyətinə toxunan Dövlət Komitəsinin sədri bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.

 

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq layihələri müzakirə olunaraq, birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində danışıqların aparılması qərarı verilib.

 

 

Orxan