Qalmaqal böyüyür – NOTA

Azarkeşlərdən biri Emre Belözoğluya tualet fırçası uzadıb
Futbol üzrə Türkiyə milli yığmasının İslandiyada qarşılaşdığı insidentlə bağlı Türkiyə Norveç səfirliyi vasitəsilə İslandiyaya nota verəcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
XALQ.AZ XƏBƏR VERİR Kİ, o, islandiyalı həmkarına zəng edəcəyini də deyib.
Xatırladaq ki, İslandiyaya gedən Türkiyə yığmasının oyunçuları hava limanında pasport yoxlanışı zamanı 2 saat gözlədilib.
Futbolçulardan Emre Belözoğlu açıqlama verərkən azarkeşlərdən biri ona mikrofon tuturmuş kimi tualet fırçası uzadıb.

Yeganə