Futbolda dünya üzrə 72-ci yerdəyik

72

Beynəlxalq Futbol Assossiasiyaları Federasiyası (FİFA) milli komandaların yeni reytiniqini elan edib.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Berti Foqtsun komandası 413 xalla 73-cü pillədə qərarlaşıb. Bu MDB ölkələri sırasında 5-ci yer deməkdir. Belə ki, Ukrayna 22, RF 23, Ermənistan 36, Özbəkistan 51-ci yerdə qərarlaşıblar.

Qonşu Gürcüstan reytinqdə 95-ci yerdə olmaqla bu dəfə də bizdən geri qalır. “Avro-2016″dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. “Skuadro Adzuro” 1069 xalla 14-cü sıradakı mövqeyini qoruyub. Digər rəqiblərimizdən Xorvatiya bir pillə irəliyərək 16-cı olub. Norveç (0) 53-cü, Bolqarıstan (0) 72-ci və Malta isə (0) 150-ci pillədə qərarlaşıb.

Siyahıya “DÇ-2014″ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Hollandiya isə üçüncü olub. 4,5,6,7-ci yerlərdə ardıcıl olaraq bir pillə irəliləyən Kolumbiya, Belçika, Uruqvay və İspaniya yer alır.