Füzuli Ələkbərovun biznesinə qadağa qoyuldu

 

01

 

«İmprotex» keçmiş nazirin əlindən alındı, Cüdo Federasiyasından da istefa verəcək

Keçmiş Əmək və Əhalinin Sosial Müdaifəsi naziri Füzuli Ələkbərovun biznesinə qadağa qoyulub. Xalq.az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Prezidentin sərəncamı ilə işdən azad edilən keçmiş nazirin ən iri şirkətlərindən biri olan «İmprotex» də onun əlindən alınıb.

Məlumatlarda vurğulanır ki, bundan sonrakı mərhələdə Ələkbərova yalnız kiçik və orta bizneslə məşğul olmaq şansı tanınıb. Onun iri şirkətlərinin hamısı isə ayrı-ayrı şəkildə ya başqalarının adına keçiriləcək, ya da müflis olduğu elan ediləcək.

Xalq.az-a çatan məlumatlarda o da deyilir ki, Füzuli Ələkbərov həmçinin rəhbəri olduğu Cüdo Federasiyasından da istefa verəcək. Artıq bununla bağlı keçmiş nazirə xəbərdarlıq da olunub.