Füzuli rayon icra başçısının “abadlıq” işləri

Ali

Füzuli rayonunun icra başçısı Alı Alıyevlə bağlı yeni iddia ortaya çıxıb
XALQ.AZ xəbər verir ki, Qaynar.info-ya daxil olan məlumata görə, bir hissəsi işğal altında olan rayonda “abadlıq” işləri üçün idarə və müəssisə rəhbərlərindən rüşvət tələb olunur. Bu tələb isə şəxsən icra başçısı Alı Alıyevdən gəlib.

Bundan başqa, icra başçısı Alı Alıyevin adı təkcə bu qalmaqallarda hallanmır. Belə ki, onun rayonda bir çox büdcə təşkilatlarının əli ilə hər ay yüz min manatlarla qazanc əldə etdiyi də vurğulanır. Belə büdcə təşkilatlarından birinin də Füzuli rayon Təhsil şöbəsinin olduğunu deyən mənbə bildirir ki, ortada külli miqdarda yeyinti faktı var və bununla bağlı Prezident Adminstrasiyasına da dəfələrlə məlumat verilib. Yəni təhsil şöbəsinin müdiri ilə əlbir işləyən icra başçısı büdcədən ayrılan yüz minlərlə manat vəsaiti bildiyi kimi xərcləməyə nail olur.

Məlumatlara görə icra başçısı müəssisə rəhbərlərindən tələb etdiyi pulları Horadizdə inşa edilən bir neçə yeni tikilinin başa çatdırılmasına sərf etmək fikrindədir.

Mənbənin sözlərinə görə, Alı Alıyev prezidentə söz verib ki, bu ilin iyun ayına qədər bir neçə inzibati bina tikilib istifadəyə veriləcək. Bu səbəbdən də icra başçısı idarə rəhbərləri müflis etmək planını ortaya atıb ki, verdiyi sözü yerinə yetirə bilsin.

Bundan başqa, bildirilir ki, Alı Alıyev ölkə başçısına işgüzar olduğunu göstərmək və böyük rayonlardan birinə icra başçısı getmək üçün faktiki olaraq rayonu talayır. Onun hansı rayona icra başçısı getmək arzusuna gəlincə, mənbə bildirir ki, Alıyev bunu ən yaxın ətrafından belə gizlədir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.