Füzulidə 8 milyon yol bərbad vəziyyətə düşüb

18

Füzulidə 8 milyon yol bərbad vəziyyətə düşüb

 

Alı Alıyevin «müasir texnologiyası» Qarabağ-Böyük Bəhmənli-Arayatılı-Mirzənağılı yolunun «yeyilməsi»nə vəsilə olub

 

Məlum olduğu kimi, «2009-2013-cü illər Sosial İqtisadi İnkişaf Dövlət Proqramı» çərçəvəsində bütün rayonlarda quruculuq, abadlıq və yeni yolların çəkilməsi işləri həyata keçirilir. Bu məqsədlə dövlət büdcəsindən hər il milyonlarla manat pul ayrılır. Xalq.az xəbər verir ki, bəzi rayonlarda büdcə pullarından istifadə edən icra başçıları nə işi yarada biliblər, nə də nəticə ortaya qoymağı bacarıblar.

 

Həmin rayonlardan biri də Füzuli rayonundur. Xalq.az-ın araşdırmalarına görə, hələ bir müddət əvvəl rayonun Qarabağ-Böyük Bəhmənli-Arayatılı-Mirzənağılı yollarının çəkilməsi üçün büdcədən 8,4 milyon manat pul ayrılıb. Bununla bağlı işlər isə «Parlaq N» MMC-yə həvalə edilib. Rayonun icra başçısı Alı Alıyevin yeni «müasir texnologiya»ları isə həmin yolun keyfiyyətli şəkildə çəkilməsinə imkan verilməyib. Elə bu səbəbdəndir ki, qeyd olunan yol bərbad haldadır.

 

Araşdırmalar zamanı o da məlum olub ki, ümumilikdə, Füzuli rayonunda bütün tikinti və abadlıq işləri ilə bağlı elan edilmiş tenderlərin əksəriyyətini «Parlaq N» şirkəti udub. Və bu «udma» prosesi də onunla bağlıdır ki, həmin şirkət dolayı şəkildə Alı Alıyevə işləyir. Hətta onun başında duran şəxsin Füzulinin icra başçısı ilə həddindən artıq yaxın olduğu deyilir.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq