Füzulidə kütləvi intihar ola bilər

9

 

Alı Alıyevdən şikayətçi düşmüş rayon sakinləri İcra Hakimiyyətinin qarşısında özlərini yandıracaqlarını deyirlər

İlham Əliyevin yenidən Prezident seçilməsi xalqın rəğbətinin inamını qazanmasıdır. Belə ki, ölkəmiz durmadam inkişaf mərhələsinin yaşayır.Ölkə başçısının düşünülmüş siyasəti bütün sahələrin inkişafına hesablanıb. Paytaxda və bölgələrdə aparılan quruculuq işləri, bir sıra obyektlərin yenidən qurulması və vətəndaşların istifadəsinə veriməsini vurğulamaq olar. Bu səbəbdən ölkəmiz regionda lider bir ölkəyə çevrilib. Lakin bəzi yerli icra hakimiyyətlərinin başçıları vətəndaşların problemlərinin həllində heç bir maraq göstərmirlər. Bu kimi hal Füzuli rayonunda müşahit olunur. Qeyd edək ki, Füzuli rayonunda kütləvi intihar hadisəsi baş verə bilər. Bu barədə Xalq.az-a rayonun bir qrup sakini məlumat verib. Onlar bildiriblər ki, illərdir üzləşdikləri problemlərin həlli üçün Füzuli rayon İcra Hakimiyyətinə və onun başçısı Alı Alıyevə müraciətlər etsələr də, heç bir köməklik ala bilmirlər. Üstəlik, məlum ünvana üz tutuduqda onları qapıdan qovurlar. Adlarının çəkilməsini istəməyən sakinlər bildirirlər ki, mövcud vəziyyətdən ciddi narazı olmaqla yanaşı, həm də bütün bunlara etirazlarını bildirmək fikrindədirlər. Və işin ilginc tərəfi də odur ki, bu etiraz kütləvi intihar xarakteri daşıya bilər. Çünki şikayətçilər Füzuli rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, orada özlərinə od vuraraq yandırmaq fikrindədirlər.

 

Xatırladaq ki, Füzuli rayonunda belə intihar hadisələri bir neçə dəfə qeydə alınıb. Və həmin olayların hamısı icra başçısı Alı Alıyevə etiraz xarakteri daşıyıb.

 

 

Qarşı tərəfindən mövqeyini dinləməyə hazırıq