Gəncədə dağıntılar altında qalan iki uşağın meyiti çıxarıldı

genn 1

Gəncədə dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb.


XALQ.AZ xəbər verir ki, bu barədə AzTV-nin Gəncədə olan müxbiri məlumat verib.
Bununla da Ermənistan terroruna məruz qalaraq dağılan binanın ərazisində axtarış-xilasetmə işləri yekunlaşıb. Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən ötən gecə Gəncəyə atılan raket zərbəsi mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub. 
Gəncədə iki uşaq itkin hesab edilib. Dəhşətli hadisə nəticəsində dağıntılar altında qalan uşaqların axtarışı davam olunub onların tapılması ilə bağlı müvafiq işlər görülüb. 

Qeyd edək ki, erməni terroru nəticəsində 14 nəfər həlak olub, 52 dinc sakin isə yaralanıb.