Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb

Gəncə şəhərində daha bir idarə rəisi işdən çıxarılıb.

XALQ.AZ xəbər verir ki, Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Ağahüseyn Məmmədov vəzifəsindən azad edilib.

Xatırladaq ki, o, ötən ilin iyul ayında vəzifəyə təyin edilmişdi.

Bu vəzifəyə Natiq Əhmədov təyin edilib. N.Əhmədov bundan əvvəl idarənin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarılmışdı.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.