Gəncədə sərgi nümayiş olunub

Gəncə şəhərində keçirilən Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının foyesində YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin, ali məktəblərinin Tələbə-Gənclər təşkilatlarının, QHT-lərin və Gənclər Birliklərinin fəaliyyətini əks etdirən sərgi nümayiş etdirilib.
XALQ.AZ xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə və şəhər ziyalıları sərgi vasitəsi ilə gənclərin son ildə gördükləri işlər barədə ətraflı məlumat alıblar.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyi üçün ayrılmış guşədə partiya fəallarının fəaliyyətlərini əks etdirən fəxri fərmanlar, diplomlar, bukletlər, həmçinin birliyin fəaliyyətini əks etdirən videoçarx qonaqlara təqdim edilib. Xüsusən, nümayiş etdirilən uğurlu layihələr qonaqlarda xoş təəssürat yaradıb.




Orxan