Gənc oğlan bıçaqlandı – Bakıda

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.
Xalq.az-ın xəbərinə görə,  hadisə paytaxtın Yasamal rayonunun  Şərifzadə küçəsində baş verib.
Belə ki, 1996-ci il təvəllüdlü Hüseynov Cahad Ərəstun oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ona iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı  araşdırma aparılır.