Gədəbəydə səhiyyə problemi

Gedebey

Səhiyyəmizin bərbad durumda olması heç kimə sirr deyil. Ancaq əyalətlərdə səhiyyəmiz lap biabırçı vəziyyətdədir. Ona görə də rayonlarımızda ölüm halları daha çoxdur. Xəstəxanalarda adi dərmanlar-preparatlar tapılmır, hətta ilkin yardım göstərmək problemə çevrilib. Bütün bunlar azmış kimi əyalət xəstəxanaları sanki “ölü canlar”ın yığnağıdır. Dövlət kifayət qədər vəsait ayırır, xeyli ştat yaradılır, ancaq…

XALQ.AZ xəbər verir ki, Gədəbəyin Nisginli kənd sahə xəstəxanasının baş həkimi Elmira Aslanovanın da nə az, nə çox… düz 22 nəfər işçisi var. Ancaq istənilən günü xəstəxanaya getsən bir nəfər həkim, tibbi personal tapılmaz… gözətçi və xadimədən başqa.
Görəsən, Gədəbəyin baş həkimi Ramiz Pirverdiyev dövlətin ayırdığı vəsaitin hara xərcləndiyini bilmir?
 (qafqaznews.az)