Gələn həftə Milli Məclisin xüsusi iclası keçiriləcək

Parlamentin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, Yeni Azərbaycan Partiyası parlamentin buraxılması ilə bağlı Milli Məclisin ölkə Prezidentinə müraciət etməsi üçün Məclisə müraciət edib.