Gələn ilin dövlət büdcəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

XALQ.AZ xəbər verir ki, 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulub.

Növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.

Plenar iclasda deputatların büdcə ilə bağlı qaldırdığı məsələlər Maliyyə Nazirliyi tərəfindən öyrənilib. Deputatların toxunduqları məsələlər cavablandırılıb.

Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.