Gəlinlik paltarında səs verdi

14

 

Lənkəran rayonunun Vilvan kənd sakini, 1931-ci il təvəllüdlü Suğra Səbziyeva prezident seçkilərində böyük sevinclə iştirak etmişdir.
AzərTAc xəbər verir ki, 60 il öncə geydiyi gəlinlik paltarını bu gün yenidən geyinərək 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 27 saylı məntəqəsində səsvermədə iştirak edən Suğra nənə sevincini jurnalistlərlə də bölüşmüşdür.
O demişdir: “Çox şadam ki, gəlinlik paltarımı məhz prezident seçkiləri günü yenidən geymək mənə nəsib oldu. Mən inandığım namizədə səs vermişəm”.