Gəncə Dövlət Universitetinin rektoru müxalifətçi imiş?

 

30

 

Yadigar Əliyevin müxalifət partiyaların biri ilə sıx əlaqəsi olduğu iddia edilir

 

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyevlə bağlı maraqlı iddia ortaya çıxıb. Xalq.az-a daxil olan məlumatda iddia edilir ki, rektorun təyinatından əvvəl müxalifət partiyalarından biri ilə sıx əlaqələri olub. Elə indinin özündə də bu əlaqələrin qaldığını deyən mənbə israrla bildirir ki, Yadigar Əliyev mütəmadi olaraq təmsil olunduğu partiyayanın nüməyəndələrinə maliyyə yardımları edir. Qeyd edək ki, bu informasiyaların nə dərəcədə həqiqət olduğunu demək çox çətindir. Belə bir əlaqənin mövcudluğunu isbat etmək də asan məsələ deyil. Amma maraqlıdır ki, Yadigar Əliyevin müxalifətlə yaxın əlaqələrinin olmasına dair məlumatları bir neçə qaynaqdan dəqiqləşdirdikdə onlar da bunun real olduğunu vurğuladılar. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.