Gəncə-Moskva təyyarəsi təcili eniş etdi – SƏBƏB

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alınıb.

XALQ.AZ xəbər verir ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş etmişdir. Təyyarə Gəncə-Moskva marşrutu üzrə reysi yerinə yetirirdi.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.