Gəncədə Hacıkənd necə viran qoyuldu-Fotolar

Gəncə şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin adamları Gəncənin Hacıkənd qəsəbəsində olan bəzi torpaq sahələrini satışa çıxarıb. Belə bir iddianı Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov öz facebook səhifəsində paylaşıb.

XALQ.AZ-ın xəbərinə görə, M.Həsənov bildirib ki, sabiq icra başçısı Hacıkənd qəsəbəsində olan bəzi əraziləri qeyri-qanuni yollarla müxtəlif adamların adına özəlləşdirib.

“Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq həyasızcasına satışa çıxarıblar. Düşünürəm ki, Gəncə şəhər İcra Hakimiyyəti ölkə rəhbərliyi qarşısında bu məsələni qaldırmalı və hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuzluqlar tam araşdırmalı, bu cinayət əməllərə hüquqi qiymət verilməlidir” – deyə Müzadil Həsənov bildirib

XALQ.AZ 2015-ci ildə çəkilmiş fotoları təqdim edir:

Bu fotolar isə yenidir artıq torpaqlar satışa çıxarılb

XALQ.AZ