Gəncədə park satıldı

9

 

 

Gəncə şəhər icra başçısı Elmar Vəliyevin yenidən hərəkətə keçib. Elmar Vəliyev yenə öz işində, öz ampulasındadır.

Redaksiyaya Gəncə şəhəri, Məmməd Burcəliyev kuçəsinin sakinləri şikayət məktubu ünvanlayıblar. Məktubla deyilir ki, Azərbaycanda yeni parkların salındığı, köhnə parkların abadlaşdırıldığı bir vaxtda Elmar Vəliyev Gəncədəki parkların ərazisini satır.

Belə ki, şəhərin Məmməd Burcəliyev kuçəsində Gəncə çayının sahilində yerləşən park (guya bulvar olacaqdı) hissələrə bölunərək Elmar Vəlieyevin adamları tərəfindən satılır: “Hansı ki Gəncə çayının sağ və sol sahillərinin abadlaşdırılıb bulvar olması planlaşdırılıb . Amma nə fayda, park da sökülüb satıldı”.

Məlumatda qeyd olunur ki, 10-15 gun əvvəl Elmar Vəliyevin gəstərişi ilə 700-800 metr uzunluğunda olan parkın 100-120 metr hissəsi (təxminən 2000 kv.metri ) 3 metr hundurluyundə hasara alınıb. Hasara alinan ərazidə 20-dən cox 40-50 illik ağacların hamsı kəsilib. Ərazinin hasarlanmasında məqsəd agacların kəsilməsi işini həyata keçirmək olub ki, şəhər sakinləri bu prossesi görməsin.

Diğər tərəfdən Zərrdabi, M.F.Axundov, M.Burcəliyev kuçələrinin yaşlı sakinlərinin, uşaqlarının gəzinti və istirahət yerləri bu park olub. İndi isə uçaqlar və yaşlı insanlar istirahət etmək üçün məkan tapa bilmirlər.

Sakinlər prezident İlham Əliyevdən, nazir Hüseynqulu Bağırovdan və aidiyyatı qurumlardan Elmar Vəliyevin bu qanunsuz əməlindən əl çəkməsini, qanunsuz tikintinin dayandirılmasını və parkin abadlaşdirılmasını xahiş edirlər.Bizimxeber.az