Gəncədə toyda bədbəxt hadisə

Gəncə şəhərində toyda bədbəxt hadisə baş verib. 

XALQ.AZ-ın verdiyi xəbərə görə, toyun gedişatında 73 yaşlı qadın qəfildən ölüb. 

1946-cı il təvəllüdlü Gülcahan Süleymanova qohumunun toy mərasimi zamanı “Dan Ulduzu” şadlıq evində ürək çatışmazlığından dünyasını dəyişib.

XALQ.AZ