Gənc əsgərlər and içdilər

Asker

Avqustun 24-də Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ -a verilən məlumata görə, mərasimlərdə əvvəlcə döyüş bayrağı sıra meydanına gətirilib, dövlət himni oxunub. Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Mərasimlərdə hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər. Çıxış edənlər gənc əsgərlərə nümunəvi xidmət etməyi, silah və hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi, Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirməyi, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Daha sonra konsert proqramı nümayiş etdirilib.

Mərasim iştirakçıları hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olublar.