Gənc nəsil ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir

Gənc nəsil ümummilli lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir.

XALQ.AZ xəbər verir ki, bu sözləri xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar dekabrın 12-də Fəxri xiyabana gələn “”NM Group” Şirkətlər qrupunun həmtəsisçisi Nəzərbəy Hacıağayev AZƏRTAC-a müsahibəsində deyib.

N.Hacıağayev bildirib ki, Azərbaycan üçün misilsiz xidmətlər göstərən, daim xalqının gələcəyini düşünən, ölkəmizin bugünkü yüksək tərəqqisini təmin etmiş uzaqgörən inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin xatirəsi daim qəlbimizdə yaşayacaq. Ümummilli Liderin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini vurğulayan fəal gənc deyib: “Dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam, yüksək bilikli, dövlətə sahib dura biləcək gənc nəslin yetişməsinə çalışırdı. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ona görə də gənc nəsil dahi şəxsiyyətin irsini daha dərindən öyrənməli, yaradılan mükəmməl şəraitdən bəhrələnməli, göstərilən etimadı yüksək səviyyədə doğruldaraq ölkəmizin dinamik inkişafı prosesinə töhfə verməlidir”.

 

Orxan