Gənc nazirin yeni fotosu yayıldı

22 23 24 25 2665

 

Moskva vilayətinin qubernatoru Andrey Vorobev Baş Sosial Kommunikasiyalar İdarəsinin nazir statuslu rəisi vəzifəsinə 26 yaşlı İrina Pleşşevanı təyin edib.

ANS PRESS “Slon”a istinadən bildirir ki, İrina Pleşşeva karyera pillələri ilə çox sürətlə irəliləyib.

Xatırladaq ki, İrina 13 may 1987-ci il tarixdə Voronej vilayətində anadan olub. 17 yaşında Voronej Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub.

18 yaşında “Naşi” hərəkatının Voronej bölməsinin mətbuat katibi kimi çalışıb və 2005-ci ildən “Seliqer” gənclər forumunun fəal iştirakçısına çevrilib. Forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə yaxından tanış olub. 2008-ci ildən Rusiya İctimai Palatasının üzvüdür. Jurnalist Yaşıllar hərəkatını və müxalifətçi-blogger Aleksey Navalnını tənqid edən yazıları ilə məşhurdur.