“Gənc Psixoloqlar Platforması” layihəsinin açılış mərasimi keçirilib

 

19 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Gənc Psixoloqlar Platforması” adlı layihəsinin açılış mərasimi keçirilib.

Açılış mərasiminə giriş nitqi ilə başlayan “Gənc Psixoloqlar Platforması” layihəsinin rəhbəri Fidan Ağayeva layihənin 3 gün müddətində davam edəcəyini, layihə çərçivəsində dəvət olunacaq ekspertlər, layihənin məqsədi və s. haqda məlumat verib. Xanım Ağayeva bildirdi ki, lahiyə çərçivəsində təşkil olunacaq seminarlarda insanların komplekslərdən azad olunması kimi vərdişlərə sahiblənmək üçün tək nəzəriyyədən istifadə olunmayacaq: “Təlimin praktiki hissələri paytaxtın müxtəlif yerlərində təşkil olunacaq. Həftədə bir dəfə keçiriləcək təlim 3 gün davam edəcək və sonda iştirakçılara sertifikatlar da təqdim olunacaq. Layihə çərçivəsində təlimlərlə yanaşı müxtəlif mövzuların müzakirəsi, filmlərin nümayişi, qrup terapiyası, seminarlar keçiriləcək”.