Gənc qızı zorladıqdan sonra doğradılar

Zorlama

Cinayətdə əli olan 4 gənci ömürlük həbs cəzası gözləyir 

Rusiyada inanılmaz cinayət hadisəsi baş verib. Xalq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin Perm şəhərində 4 gənc oğlan 20 yaşlı qızı zorladıqdan sonra, öldürüblər. Amma ürəkləri bununla soyumayan gənclər qızı öldürdükdən sonra tikə-tikə doğrayıb, meşəlik əraziyə atıblar.

Cinayətin üzəri hadisədən bir ay sonra açılıb. Milisin apardığı axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslər həbs olunub. Onlar qətli içkili vəziyyətdə olduqları səbəbindən törətdiklərini etiraf ediblər. Hadisəni törədənləri ömürlük həbs cəzası gözlədiyi bildirilir.