Gənc qızlar analarını bıçaqla öldürdülər

98

 

Türkiyənin İzmir şəhərində 2 bacı analarını qəddarlıqla qətlə yetirib.

Xalq.az  qaynar.info saytına istinadən xəbər verir ki, bacılar analarını onlara təzyiq göstərməkdə günahlandıraraq elektro şok cihazı ilə başından vurublar.

Daha sonra onu bıçaqlayaraq öldürüblər. 19 və 17 yaşlı iki bacı polisə artıq cinayəti etiraf edib.

Üçüncü ərindən ayrıldıqdan sonra bir pivəxanada ofisiant kimi işə başlayan qadın gecə 3 radələrində evə gəlib. Daha sonra sürücü olan sevgilisinə qadının telefonundan mesaj gəlib. Bundan sonra dəfələrlə qadına zəng edən sevgilisi ondan bir xəbər almayınca evinə gedib.

Evdə Gülseren Süngünü qan içində görüb. Sürücü dərhal polisə və qadının qızlarına telefonla hadisə barədə xəbər verib. 15 bıçaq zərbəsi ilə öldürülən qadının qatillərinin qızları olduğu müəyyənləşib.