Gənclərə hər zaman diqqət və qayğı olacaq

 

05

Bu gün fundamental elmin ən çətin, daha çox maliyyə tələb edən sahələrini böyük dövlətlər və onların mərkəzləri həyata keçirir. Biz də məcburuq ki, tibbdə, iqtisadi fəaliyyətdə Qərbin ortaya qoyduğu texnologiyalardan istifadə edək”. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Admnistrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun keçirdiyi tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qərbin əsası olmadan təlqin elədiyi bu və ya digər dəyərlərdən, az bir qrant verməklə insanları öz dövlətinə qarşı istifadə etməsindən xilas olmaq lazımdır: “Əgər bir gənc bu gün gedib hansısa anti-Azərbaycan qüvvəsinin layihəsinə dəstək verib oradan 2 – 3 min manat alıb hansısa ehtiyacını ödəyirsə, bizim bundan xilas olmaq vaxtımızdır. Buna bizim imkanımız da var. Gəncləri xarici mənfi təsirlərdən azad etmək üçün hər birimiz məşğul olmalıyıq”.

PA rəsmisi həmçinin bildirib ki, hər bir gəncdə milli mənəvi dəyərlərin güclü olması üçün ictimai ovqat yaradılmalıdır ki, hər bir gənc bu ovqatdan istifadə edərək Azəbaycan xalqının dəyərlərini dəyərləndirsin, bunu xarici qloballaşma sistemində qoruya bilsin.