Gənclərin yeni çılğınlığı -Yeyən ölə bilər

Sosial mediada hər gün qarşımıza bir yenilik çıxır. Bu yenilikləri gənclər öz üzərlərində tətbiq etməyə çalışırlar.

XALQ.AZ  xəbər verir ki, bu dəfə gənclər sosial şəbəkələrdə rekord qırmaq üçün paltaryuyan yuyucu kapsulalar yeyirlər.

“Tide Pod Challenge” adı verilən yeni moda çılğınlığına qarşı həkimlər gənclərə xəbərdarlıq edib. Bu kapsulaların istifadəsi ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Statistikalara görə, son 5 ildə 2 uşaq və 5 yeniyetmə bu səbəblə ölüb.