“Gənclik” mehmanxanasının yerində nə tikilir?

genclik

“Bakıda dağıdılmış, qalmaqallı mehmanxanın yerində nə tikilir?” sualının cavabı indi çoxlarını düşündürür.

Bakıda uzun müddət ətrafında suallar yaranmış mehmanxananın taleyinə aydınlıq gətirilib.

Xeyli müddət fəaliyyəti dayandırılmış, sonradan sökülmüş “Gənclik” mehmanxanasının yerində əzəmətli binanın tikintisinə başlanıb.

Həmin ərazidə qədimi üslubda yeni mehmanxana inşa olunacaq. Gənclik meydanında artıq 7 mərtəbəli, mansardlı mehmanxana binasının inşasına başlanıb. İşlərin gələn ilin mayına kimi başa çatdırılacağı planlaşdırılır.