media-mehr

Azərbaycanda unun son topdansatış qiyməti bahalaşıb.

XALQ.AZ xəbər verir ki,bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 30-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26.50 – 28.20 manat arasında dəyişir. Daha əvvəl bu rəqəm 26 – 28.20 manat təşkil edirdi.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC (26 manat 50 qəpik), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).

 

“Dəvəçi-Taxıl” MMC tərəfindən istehsal olunan unun topdan satış qiymətləri əvvəlki göstəriciləri ilə müqayisədə 50 qəpik bahalaşıb.

 

Bu ilin fevralın 10-dan etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

 

“ATS MİLL” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat (10 qəpik baha);

 

“Anadoluqida” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat (25 qəpik baha);

 

“AVETA” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (15 qəpik baha);

 

“KARAT HOLDİNQ” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 – 27.4 manat (15 qəpik baha);

 

“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.8 manat (20 qəpik baha);

 

“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.6 manat (25 qəpik baha);

 

“NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.85 manat (25 qəpik baha);

 

“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.10 manat (40 qəpik baha);

 

“Qarabağ un” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.90 manat (10 qəpik baha);

 

“Hazartürk LTD” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

 

“Sünbül 2012” MMC, “Avrora” MMC və “Taxıl AQRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (30 qəpik baha);

 

“SKY AGRO” MMC və “Bakı Taxıl Terminalı” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.1 manat (5 qəpik baha);

 

“Səma” fərdi firması, “PAK-NUR” FİRMASI, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “Karmen”, “Orxan UN”, “Xırman”, “Dəniz un sənayesi LTD” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.3 manat (25 qəpik baha).

 

.

Tarix: 11 Fevral 2025, 11:37

 

Xəbər lenti

media-ads-728x90

Bənzər xəbərlər