Sabah Gəncə şəhər İcra Hakimiyyəti ilə bağlı bir ailənin qaldırdığı işə baxılacaq.

XALQ.AZ xəbər verir ki, Gəncə İH-lə bağlı iddianı Nəsirovlar ailəsi qaldırıb. Onlar Nəsirov Kənan, Nəsirov Nicat, Nəsirova Elmira, Nəsirov İslamdır. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir.

Gəncə İH-lə bağlı işə sabah Gəncə Apellyasiya Məhkəməsinə baxılacaq. İş hakim Şamil Rzaquliyevin icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovdur.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.Tribunainfo.az


media-ads728x90

Bənzər xəbərlər