General əsgərlərə Fəxri Fərman təqdim etdi-Fotolar

 

İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.

XALQ.AZ xəbər verir ki, Dövlət Təhülkəsizlik Xidmətinin rəisi general-mayor Əli Nağıyev mərasimdə xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

Mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.