General görüş keçirib

Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Azərbaycanda “Pegasus120” tipli yeni pilotsuz uçuş vasitəsinin istehsalı nəzərdə tutulur.

Həmin dronun maketi Bakıda keçirilən “ADEX-2018” beynəlxalq müdafiə sərgisində bu gün təqdim olunub.

Sözügedən uçuş vasitəsinin İsrailin “Aeronautics” şirkətilə müştərək əsasla “Azad Systems” müəsisəsində istehsal olunacağı güman edilir.

Hərbi və mülki təyinatlı logistik yüklər daşıyan kvadrokopter olan “Pegasus120” 75 kiloqramadək yükləri 40 kilometrədək məsafəyə daşıya və tam yüklü vəziyyətdə havada 45 dəqiqəyədək qala bilir.

****

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirinin sənaye və tədqiqat üzrə müavini Reza Müzəffəriniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə regional təhlükəsizlik məsələləri Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

****

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

 

 

Orxan