General cənub bölgəsinin sakinləri ilə görüşəcək

Elcin

Lənkəran Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev cənub bölgəsinin sakinləri ilə görüşəcək.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, qəbulda Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşlar öz suallarını may ayının 20-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirməlidirlər.
Sakinlər qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlaya və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edə bilərlər.