General Çexiyada danışıqlar aparıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi – “Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.

 

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqə daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti və onların istehsal etdikləri məhsullar barədə brifinqlər təqdim edilib.

 

 

Orxan