General deputatlığa namizədliyini irəli sürdü

Azərbaycan ordusunun istefada olan general-mayoru, keçmiş korpus komandiri Qabil Məmmədov parlament seçkilərində iştirak edəcək.

XALQ.AZ xəbər verir ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Bu barədə general öz şəxsi Feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, general-mayor Qabil Məmmədov Bərdədə hərbi birləşmənin komandiri olub. Ondan sonra ölkəmizin Qazaxıstandakı səfirliyində hərbi attaşe, sonra isə HEM-ə şöbə rəisi vəzifəsində çalışıb. 2009-cu ildə istefaya çıxıb. Əslən Lənkəran rayonundandır.

XALQ.AZ