General direktoru təltif etdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanması üzrə Texniki direktoru İsrail Bayramov  Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə “Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunub.

XALQ.AZ xəbər verir ki, İsrail Bayramov sərhədçilərlə əməkdaşlıq etdiyinə görə bu medala layiq görülüb.

Qeyd edək ki, istər dəniz, istər quru, istərsə də hava sərhədlərimizi yüksək səviyyədə qoruyan sərhədçilərimiz Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd edirlər.

Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız sərhədçilərimiz üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir.