General -Hədəfimiz bütün torpaqları işğaldan azad etməkdir

Suqovuşanı işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov Azərbaycan Televiziyasına danışıb. 
Qələbə sevincini paylaşan H.Həsənov Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürünü bildirib. 
General-mayor bu qələbənin davamı olacağına da əminliyini bildirib. 

XALQ.AZ xəbər verir ki, telefon danışığında general-mayor Hikmət Həsənov bildirib ki, hədəfimiz işğal altında olan torpaqlarda düşmən məhv ediləcək. Əsgərlərimizin hədəfi bütün torpaqları işğaldan azad etməkdir. Biz Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını icra edərək xalqımızı sevindirməyə davam edəcəyik. Sonda H.Həsənov bildirib ki, əsgərlərimiz öldürməyə və vətəni azad etməyə hazırdırlar.


XALQ.AZ