General kənd orta məktəbi əsaslı təmir etdirdi

Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı eyni zamanda sərhədyanı rayonların əhalisi ilə sıx qarşılıqlı əlaqələr quraraq onların müqəddəs sərhədlərimizin mühafizəsindəki roluna xüsusi önəm verir və sosial-məişət problemlərinin həllində də yaxından iştirak edir.

XALQ.AZ xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, belə sosial yönümlü tədbirlərdən biri də 2018-ci ilin sentyabr ayının 17-də Xudat sərhəd dəstəsinin xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilməsi olub.

Respublikamızın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlmiş, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından köməklik göstərmişlər. Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəyə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası sərhədçi minnətdar­lığının və ehtiramının ifadəsi olaraq Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilib.

Məktəbin açılış mərasimində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək məktəbin pedoqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, ucqar kənd məktəbinin əsaslı təmir olunmasında öz köməkliyini əsirgəməyən Dövlət Sərhəd Xidmətinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib.

Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müs­bət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qay­ğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnət­darlıq hissi ilə qarşılandığı qeyd edilib.

Mərasimdə Azərbaycan Respub­lika­sının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu təhsil siyasətindən, həyata keçirilən islahatlardan, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından ətraflı danışılıb.

Tədbirin sonunda rəmzi qırmızı lent kəsilmiş və qonaqlar yeni təmir edilmiş məktəbin sinif otaqlarını gəzərək yaradılmış şəraitlə tanış olublar.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.