General Milli Məclisdə çıxış edəcək

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Milli Məclisdə hesabat verəcəyi tarix müəyyənləşib.

XALQ.AZ xəbər verir ki, Milli Koordinator aprelin 24-də Milli Məclisə hesabat verəcək.

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq.

Qeyd edək ki, Milli Koordinatorun Milli Məclisə hesabatı aprel 3-də təxirə salınmışdı.