General rəis təyin olundu

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyinat olub.

XALQ.AZ  əldə etdiyi  məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin əmrinə əsasən  İsmayıl  Ələkbərov Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, İsmayıl  Ələkbərov  Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.