Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müvafiq əmrinə əsasən Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyinat olub.
XALQ.AZ əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin əmrinə əsasən İsmayıl Ələkbərov Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İsmayıl Ələkbərov Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.