General tapşırıq verdi

 

Daxili işlər nazirinin müavini Oruc Zalov və nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov Bayıldakı sürüşmə ərazisinə baş çəkiblər.

Daxili İşlər Naziri Ramil Usubovun tapşırığına əsasən Bayılda yerli sakinlərlə görüş olub. XALQ.AZ məlumat verir ki, onlar yerli sakinlərlə görüşüb, sürüşmə nəticəsində qəzalı vəziyyətdə olan mənzillərə baxış keçiriblər.

DİN rəhbərliyi vətəndaşların mənzillərinin mühafizəsi üçün ərazidə olan Çevik Polis Alayının əməkdaşlarına lazımi tapşırıqlar veriblər.