General tapşırıq verdi- Qırıcılar döyüş vəziyyətində

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir.

XALQ.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin növbəti mərhələsində OSA zenit-raket komplekslərindən döyüş atışları icra edən HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv ediblər.

 

 

Orxan